Abituriyentlər üçün imtahan ərəfəsində önəmli məsləhətlər... VİDEO


Digərləri 04 İyn 2022 14:37:00 138 0

Abituriyentlər üçün imtahan ərəfəsində önəmli məsləhətlər...  VİDEO

"İmtahandan az bal toplayan abituriyent intihar etdi" başlıqlı yazılar, "belə olmasını istəməzdim" deyən valideyinlər. 

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, təəssüflər olsun ki, ali məktəblərə qəbul nəticələri açıqlandıqdan sonra belə xəbərlər eşidirik. Belə ki, imtahanlarda zəif nəticə göstərən bəzi abituriyentlər çıxış yolunu intiharda görürlər. Bu da cəmiyətdə müzakirələrə səbəb olur. Psixoloq Aida Sübhan bildirir ki, abituriyentlər imtahana maraq və ya mənəvi dəyər kimi baxmalıdırlar. Yəni təhsil vacib sayılsa da, həyatda hər şey demək deyil. Əks halda bütün təhsilli insanlar dünyanın ən xoşbəxti olardılar. Pisxoloqun fikrincə, məsələdə valideyn davranışının rolu da önəmlidir. 

Aida Sübhan abituriyentlərə gün ərzində sağlam qidalanmağı, açıq havada gəzməyi, yuxu rejiminə ciddi fikir verməyi tövsiyə edir. Onlar bir sıra psixitexnikalar vasitəsilədə özlərini imtahana hazırlaya bilərlər. 

Sosioloq Lalə Mehralı isə deyir ki, hazırki dövrdə uşaqlar sosial adaptasiya problemi yaşayırlar. Buna görə də, onların virtual maraqlarını azaldıb, cəmiyyətlə əlaqələrini artırmaq lazımdır.

Sosioloqun fikrincə,imtahan ərəfəsində valideyinlərin "xalqın uşağı" kimi ifadələr işlətmələri düzgün deyil. Onlaristənilən halda övladlarının yanında olduqlarını hiss etdirməlidirlər. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: