"Şuşanı "yaşıl" elektriklə təmin etmək üçün çalışırıq"


Digərləri 04 İyn 2022 14:48:00 176 0

"Şuşanı "yaşıl" elektriklə təmin etmək üçün çalışırıq"

"TotalEnergies" Azərbaycanın azad edilmiş ərazilərinin "yaşıl" enerji ilə təmin olunmasına çalışır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "TotalEnergies" şirkətinin icraçı direktoru və sədri Regis Aqut Şuşada Bakı Enerji Həftəsi çərçivəsində keçirilən "Sıfır tullantıya doğru yol: Qarabağ bölgəsində "yaşıl" enerjinin potensialı və imkanları" adlı xüsusi sessiya zamanı deyib.

"TotalEnergies" Azərbaycanı etibarlı, rahat və ən əsası ekoloji təmiz enerji ilə təmin etmək istərdi. Biz Energetika Nazirliyi ilə bərpa olunan enerji sahəsində potensial layihələr üzərində işləyirik ki, Şuşa şəhərini və azad edilmiş ərazilərdə digər şəhərləri "yaşıl" elektriklə təmin edək. Bu, həm də bizim kimi şirkətlər üçün öz potensialını nümayiş etdirmək imkanıdır", - deyə o bildirib.