Odessaya hava zərbəsi endirilib, yaralananlar var


Dünya 04 İyn 2022 11:37:00 114 0

Odessaya hava zərbəsi endirilib, yaralananlar var

Səhər saatlarında Rusiyanın strateji aviasiya təyyarələri Odessa vilayətinin rayonlarından birinə raket zərbəsi endirib.

Son.az UNİAN-a istinadən bildirir ki, Rusiya kənd təsərrüfatı müəssisəsini  raketlə vurub, ilkin məlumata görə, iki nəfər yaralanıb. Bu haqda Odessa Vilayət Hərbi Administrasiyasının sözçüsü Sergey Bratçuk bildirib.

"...Rusiya Federasiyasının strateji aviasiya təyyarəsi Odessa vilayətinin rayonlarından birinə qanadlı raket hücumu həyata keçirib..., Kh-59 raketi kənd təsərrüfatı müəssisəsini və müvafiq olaraq oradakı anbarı vurub... İlkin məlumata görə, iki nəfər yaralanıb... yanğın söndürülüb", - o bildirib.