Rus nazir çıxışa başladı: 5 ölkə salonu


Digərləri 21 May 2022 19:49:00 104 0

Rus nazir çıxışa başladı: 5 ölkə salonu

Taylandın paytaxtı Banqkokda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) forumunun sammiti keçirilir.

Son.az axar.az-a istinadən bildirir ki, sammitdə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov çıxışa başlayan zaman Yaponiya, ABŞ, Avstraliya, Kanada və Yeni Zelandiyanı təmsil edən nazirlər salonu tərk ediblər.

Bildirilib ki, nazirlər Rusiyanın Ukraynaya hücumlarına etiraz olaraq belə bir addım atıblar.

Qeyd edək ki, ümumilikdə 21 ölkənin iştirak etdiyi sammitin gündəliyinə COVİD-19-dan sonrakı dövrdə ticarət və investisiyaların təşviqi, xüsusilə də regionda azad ticarətə aparan yollar daxildir. Bundan başqa, müzakirəsi aparılan məsələlər arasında ərzaq təhlükəsizliyi, yüksək enerji qiymətləri və turizmin bərpası da var.