Uşaqlara əlavə vitamin verilməlidirmi? Həkim


Digərləri 21 May 2022 19:25:00 192 0

Uşaqlara əlavə vitamin verilməlidirmi?  Həkim

Hər vitaminin xüsusi vəzifəsi var. D vitamini hər yaş qrupuna verilməlidir. Bu, uşaqların əsəb sisteminə, sümük quruluşlarına və normal inkişafa kömək edir. Kalsium, maqnezium, potasium kimi vacib mineralların ana südündə olması isə körpələrə daha çox faydalıdır.

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev bildirib ki, hər vitamin çatışmazlığının klinik əlamətləri var. Orqanizmində rutin olaraq vitamin çox nadir hallarda məsləhət görülür. Yəni iştahsızlıq və çəkidə çatışmazlıq varsa, bir-iki dəfə profilaktik məqsədlə vitamin verilə bilər.

Son.az publika.az-a istinadən xəbər verir ki, uşağa vitamin verilərkən onun boyuna, çəkisinə yaşına görə inkişafı izlənilməlidir. Multivitamin verilməsi uşağa kömək etməyə bilər, hətta hansısa dərmanın yan təsiri də meydana çıxa bilər.

Üzvi birləşmələrdən ibarət olan vitaminlər insan qidasının zəruri hissəsini təşkil edir. Qidaların tərkibində vitaminlər çatışmadıqda, orqanizmin funksiyası pozulur, nəticədə avitaminoz və yaddaş zəifliyi kimi hallar yaranır. Lakin ehtiyac olmadıqda qəbul edilən vitaminləri yanlış addım kimi dəyərləndirilir. Vitaminlərin miqdarı çox olduqda isə müxtəlif xəstəliklərə səbəb olur. Həddindən artıq vitamin qəbulu sağlam uşaq demək deyil: