2022ci ildə yüksək vəzifələrə gətirilmiş gənc kadrlar


Digərləri 21 May 2022 13:40:00 129 0

2022ci ildə yüksək vəzifələrə gətirilmiş gənc kadrlar

Azərbaycanda idarəetmə sahəsində aparılan islahatlar gənc və perspektivli kadrların təyinatlarında da özünü göstərir.

Xüsusilə də yüksək vəzifələrə gənc kadrların təyinatı daha çox diqqət çəkir. Cəmiyyətdə də bu cür kadrların təyinatı əksər hallarda müsbət qarşılanır və bunun idarəetmədə müasir texnologiyalardan istifadəni təkmilləşdirdiyi qeyd olunur.

Son.az bizim.media-ya istinadən xəbər verir ki, son dövrlərdə məsul vəzifələrə təyin olunan kadrları araşdırıb.

Sözügedən araşdırmanı təqdim edirik:

1. Rövşən Nəcəf

1982-ci ildə anadan olan Rövşən Nəcəf bu ilin fevralında SOCAR-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub. Rövşən Nəcəf ötən il dekabrın 24-də iqtisadiyyat nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, 2007-2008-ci illərdə ABŞ-ın nüfuzlu Kolumbiya Universitetində magistr təhsili alıb.

2. Fərid Hacıyev

Mayın 17-də Milli Məclisin Aparat rəhbəri vəzifəsinə təyinat alan 33 yaşlı Fərid Hacıyev bu vəzifəni 26 il icra edən 70 yaşlı Səfa Mirzəyevi əvəz edib.

3. Taleh Kazımov

Aprelin 12-də Mərkəzi Bankın sabiq prezidenti, 70 yaşlı Elman Rüstəmovu bu vəzifədə 38 yaşlı Taleh Kazımov əvəzləyib. Mərkəzi Bankın yeni rəhbəri ABŞ-ın Corciya Universiteti və London Biznes Məktəbi kimi mötəbər elm ocaqlarında təhsil alıb. 

4. Vüqar Məmmədov

Aprelin 25-də Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunan Vüqar Məmmədovun isə 36 yaşı var. 

5. Vahid Hacıyev