Mariupolda qorxunc vəziyyət


Dünya 21 May 2022 12:45:00 101 0

Mariupolda qorxunc vəziyyət

Rus işğalçıları Mariupolda su təchizatını bərpa etməyə çalışırlar, lakin onların qeyri-peşəkar hərəkətləri problem yarada bilər.

Son.az axar.az-a istinadən xəbər verir ki, bunu Mariupol şəhərinin meri Vadim Boyçenko bildirib.

"Onların hazırda Mariupola ötürmək üçün bərpa etməyə çalışdığı su küçələrə axır. Bununla da qeyri-işlək vəziyyətdə olan kanalizasiya borularına tökülür və bütün bu qarışıq su anbarına, oradan da Azov dənizinə, əhalinin istifadə etdiyi quyulara axıdılır", - Boyçenko vurğulayıb.

O qeyd edib ki, ekoloji fəlakətə yoluxucu xəstəliklərin alovlanması da əlavə oluna bilər:

"Mütəxəssislərin bəhs etdiyi fəlakət də baş verə bilər - yoluxucu xəstəliyin alovlanması: ya vəba, ya da dizenteriya".