Azərbaycan neftinin qiyməti yenidən 120 dolları keçib


Digərləri 21 May 2022 10:15:00 103 0

Azərbaycan neftinin qiyməti yenidən 120 dolları keçib

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 20-də 121,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,63 dollar/barel çoxdur.

Bu barədə Son.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 120,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,63 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 76,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,47 dollar/barel çoxdur.