İdman zalında qorxunc hadisə: Ştanq qaldıran kişinin başından qantellə vurdu


Dünya 20 May 2022 17:52:00 127 0

İdman zalında qorxunc hadisə: Ştanq qaldıran kişinin başından qantellə vurdu

Sosial şəbəkələrdə idman zalında baş verən qorxunc olayın görüntüləri yayılıb. Belə ki, müştərilərdən biri ştanq qaldıran 46 yaşlı Qari Ridin başına qantellə vurur.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, Kadrlar Taylandda idman zalında qeydə alınıb. Maraqlıdır ki, vuran da, vurulan da britaniyalı olub.

Məlumata görə, hücum edən şəxs ştanqla məşğul olmaq istəyib, Rid isə kompleksi başa çatdırmaq istədiyini deyib. Bundan qəzəblənən kişi qantellə onun başından vurub.

Xəstəxanada Ridin başına 60 tikiş qoyulub. Həkimin sözlərinə görə, onun sağ göz yuvası sınıb və retinal qanaxma olub.

Hücum edən şəxs qaçıb, polis onun axtarışlarına başlayıb.