Şimali Koreyada daha 263 min nəfərdə qızdırma


Dünya 19 May 2022 08:27:00 99 0

Şimali Koreyada daha 263 min nəfərdə qızdırma

KXDR-də son sutkada daha 263 000 nəfərdə qızdırma əlamətləri aşkar edilib.

Son.az APA-ya istinadən xəbər verir ki, ayın əvvəlindən bu simptoma yoluxanların sayı 1,97 milyon nəfərdir.

Yoluxanlardan 1,23 milyon nəfər sağalıb, təxminən 740 min nəfər müalicə olunur. Ötən sutkada 1 nəfər vəfat edib və ölənlərin sayı 63 nəfərə çatıb.

Yonhap agentliyi bildirir ki, kütləvi Covid-19 testi götürmək mümkün olmadığı üçün yalnız simptomlu xəstələr uçota alınır.