Ankara bu məsələdə dəstək gözləyir Ərdoğan


Dünya 18 May 2022 23:00:00 118 0

Ankara bu məsələdə dəstək gözləyir  Ərdoğan

Ankara NATO üzrə müttəfiqlərindən Türkiyənin milli təhlükəsizliyinin tələblərini nəzərə almasını və bu məsələdə dəstəyini gözləyir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Ukrayna hadisələri fonunda NATO Şərq cinahını gücləndirməyə çalışır.

R.T.Ərdoğan qeyd edib ki, Ankaranın NATO müttəfiqlərindən gözlədiyi tək şey Türkiyə sərhədinin təhlükəsizliyi üçün atılan addımlara hörmətlə yanaşmaqdır.

"Ölkəmiz Şimali Atlantika Alyansı çərçivəsində üzərinə düşən öhdəlikləri hər zaman yerinə yetirib. Eyni zamanda, fikrimizcə, NATO-ya üzvlük müraciətinə Türkiyə tərəfindən dəstək gözləmək və eyni zamanda terrorçulara yardım etmək, ən azı, qeyri-ardıcıllığın göstəricisidir", - deyə R.T.Ərdoğan bildirib.

Türkiyə lideri vurğulayıb ki, NATO-nun təhlükəsizlik baxımından əhəmiyyətini azaltmaq cəhdləri qəbuledilməzdir.