Azərbaycanlı məşhurların bahalı geyimləri və aksessuarları


Şou-biznes 19 May 2022 01:22:00 191 0

Azərbaycanlı məşhurların bahalı geyimləri və aksessuarları

Yerli şou-binzes əhli ifaları qədər şəxsi həyatları, geyimləri, idarə etdikləri lüks avtomobilləri, yaşadıqları cah-cəlallı mülkləri ilə daim hər kəsin diqqət mərkəzindədirlər. 

Son.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu dəfə yerli məşhurların bahalı geyim və aksessuarlarını barədə kiçik araşdırma apardıq. Onların bahalı libas və aksessuarlarını siz oxuculara təqdim edirik: 

Xalq artisti Aygün Kazımova daim bahalı və marka geyinən məşhurlardandır. Sənətçi radiolardan birinə qatılarkən "Dolce & Gabbana" markalı mont və tayt geyinib. Pop divanın montunun qiyməti 1195 dollar (2031 AZN), tayt isə 795 dollardır (1351 AZN). İfaçının "Balenciaga" brendindən olan çantasını qiyməti 1380 dollardır (2346 AZN). Kazımova eyni zamanda eynəyini də "Balenciaga"dan seçib. O, geyiminə ümumilikdə 5728 AZN xərcləyib.

Xalq artisti Röya Ayxan da heç bahalı libaslar geyinən həmkarlarından geri qalmır. Sənətçi sonuncu dəfə

qatıldığı təmtəraqlı məclislərdən birində qlamur və dəbli geyimi ilə bütün diqqətləri üzərinə toplayıb. İfaçının açıq rəngli libası məşhur "Dolce&Gabbana" brendinə aiddir. Xalq artistinin topunun qiyməti 1862 dollar (təxminən 3165 AZN), ətəyinin qiyməti isə 708 dollardır (təxminən 1203 AZN).

Röya Ayxanın üzərindəki dəbli geyimin ümumi dəyəri 2570 dollar (təxminən 4368 AZN) təşkil edib.

Xalq artisti Tünzalə Ağayeva da brend və bahalı libaslara üstünlük verir. Onun "Versace" markasına aid qara rəngli libasının qiyməti 4720 dollardır (təxminən 8016 AZN). Hər zaman qlamur tərzi ilə göz oxşayan ifaçı bu geyimini qızıl rəngli hündür daban ayaqqabı ilə tamamlayıb. Onun "Saint Laurent" markalı ayaq geyimi isə 1095 dollar (təxmini 1861 AZN) dəyərindədir. Xalq artistinin əynindəki libasın ümumi qiyməti 5815 dollardır.(təxminən 9877 AZN).

Xalq artisti Züıfiyyə Xanbabayeva geyimləri ilə yanaşı bahalı aksessuarları ilə də hər zaman diqqət çəkir. Onun istifadə etdiyi çantalardan biri "Christian Dior" brendinə aiddir. Aksessuarın qiyməti 1755 dollar (2983 AZN) dəyərindədir.