Belqorod atəşə tutulur FOTO


Dünya 18 May 2022 17:26:00 179 0

Belqorod atəşə tutulur  FOTO

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bölgədəki kəndlərdən birinin Ukraynadan atəşə tutulduğunu bildirib.

Son.az bildirir ki, bu barədə Qladkov Telegram-da yazıb.

Məlumata görə, Belqorod vilayətinin Soloxi kəndi Ukraynadan atəşə tutulub, nəticədə bir nəfər yaralanıb, dağıntılar var.

Xatırladaq ki, Qladkov mayın 17-də Ukraynanın Bezimeno kəndini atəşə tutmasından yazmışdı.