Bakıda piyada keçidində qadını avtomobil vurub


Digərləri 18 May 2022 08:54:00 197 0

Bakıda piyada keçidində qadını avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"a istinadən bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Avtomobil piyada keçidi ilə yolu keçən 1986-cı il təvəllüdlü Məmmədova Xəyalə İsa qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.