Banka qoymaq həqiqətən faydalıdır?


Digərləri 17 May 2022 01:01:00 131 0

Banka qoymaq həqiqətən faydalıdır?

Türkə çarə üsulu belə banka qoymağın 3 min illik keçmişi var. Tibbin inkişaf etmədiyi dövrdə insanlar məhz bu üsulla xəstələrini müalicə edirdilər.

Faydası və zərərləri isə mütəxəssislər tərəfindən birmənalı qarşılanmır.

İmmunitet.az xəbər verir ki, Türkiyənin Fiziki Tibb və Reabilitasiya mütəxəssisi həkim Köksal Holoğlu bu üsulun xüsusilə son zamanlar dünyada daha da məşhurlaşdığını bildirib. Onun sözlərinə görə, xarici ulduzlar da məhz bu üsuldan kifayət qədər istifadə edirlər:

"Faydalı olduğu tibbi cəhətdən təsdiq edilib. Sadəcə qısa müddətdə beldə göyərmə meydana gəlir ki, bu da sonra bədəndən sovrularaq gedir".

Həkim, banka qoymağın hər növ bədən soyuqlaması, baş, boyun, ayaq, diz ağrılarına faydalı olduğunu qeyd edərək sinir sıxışmasına da müsbət effekt verdiyini söyləyib.

Türkiyənin sahə üzrə digər uzman doktoru Eser Alptekin isə bu fikirlərin əksinə olaraq keçmiş üsulun zərərli olduğunu deyib. O, insanların bilmədən özlərinə zərər verdiyini qeyd edib:

"İnsanlar düzgün tətbiq etsələr faydasının olması mümkündür. Amma bilməlidirlər ki hər xəstəyə banka qoymaq olmaz. Bel yırtığı olanlar qətiyyən bu üsuldan istifadə etməməlidirlər. Bu, ağrının aparmaq əvəzinə daha da pis hala gətirərək dözülməz ağrılara və fəsadlara səbəb ola bilər".