Çinar yarpaqları dizlərdə ağrını sağaldır


Digərləri 16 May 2022 22:25:00 119 0

Çinar yarpaqları dizlərdə ağrını sağaldır

Diz və digər oynaqlarda ağrı, iltihab, artroz və artritə qarşı çinar yarpağının müalicəvi təsiri sübut olunub.

Son.az bakupost-a istinadən xəbər verir ki, türk həkimlər çinar yarpaqlarından çayın sümükləri möhkəmləndirdiyini bildirib.

Artrit, artroz, sümük əriməsi, revmatizm üçün bu dəmləmə əvəzsizdir.

O, oynaqlar arasında zədələnmiş sahəni tez bərpa edir. İçki orqanizmdən, oynaqlararası sahədən artıq mayeni qovur, şişkinliyi götürür, sümük, oynaq ağrısını kəsir.

Revmatizm, artrit xəstələrinə əlavə olaraq, çinar yarpağı dəmləməsi içki kimi müalicəyə əlavə olunarsa, sağalma tez baş verər.