Quranın beş möcüzəvi ayələri – hər gün 11 dəfə oxumaqla bütün hacətlər asanlaşar


Digərləri 16 May 2022 21:40:00 104 0

Quranın beş möcüzəvi ayələri – hər gün 11 dəfə oxumaqla bütün hacətlər asanlaşar

Hər kim bu 5 ayəni hər gün 11 dəfə oxuyarsa, hər bir hacəti asan olar və tezliklə öz muradına çatar...

1. Ayətül-kürsü.

2. "Ali-İmran" surəsinin 2-ci ayəsi. "اللّهُ لا إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ

3. "Nisa" surəsinin 87-ci ayəsi. اللّهُ لا إِلَهَ إِلاَّ هُوَ لَیَجْمَعَنَّكُمْ إِلَى یَوْمِ الْقِیَامَةِ لاَ رَیْبَ فِیهِ وَ مَنْ أَصْدَقُ مِنَ اللّهِ حَدِیثًا

4. "Taha" surəsinin 8-ci ayəsi. اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ لَهُ الْأَسْمَاء الْحُسْنَى

5. "Təğabun" surəsinin 13-ci ayəsi. اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ وَ عَلَى اللَّهِ فَلْیَتَوَكَّلِ الْمُوْمِنُونَ

Həzrət Peyğəmbər (s) buyurur: "Elə bir ev yoxdur ki, "Ayətül-kürsü" ayəsi orada oxunsun, məgər o halda ki, şeytanlar 30 gün həmin evi tərk edərlər və ora sehr və sehrbaz gəlməz".

İmam Əli (ə) buyurur: "Peyğəmbərdən (s) eştmişəm ki, buyurub: "Hər kim hər vacib namazdan sonra "Ayətül-kürsü"nü oxuyarsa, onu behiştə daxil olmaqdan saxlamaz. Hər kim onu yatağına gedən zaman qiraət edərsə, Allah ona aman verər və həmçinin qonşusuna, qonşusunun qonşusuna və ətrafında olan evlərə".

İmam Əlinin (ə) səhabələri ən fəzilətli ayə haqqında söhbət edirdilər və İmam (ə) onlara buyurdu: "Siz "Ayətül-kürsü" haqqında nə deyirsiniz? Peyğəmbər (s) mənə buyurmuşdu:

"Ey Əli! Bəşərin seyyidi insandır və ərəbin seyyidi Muhəmmədir (s) ki, burada fəxr olunmalı bir şey yoxdur. Sözlərin seyyidi Qurandır və Quranın seyyidi "Bəqərə"dir, "Bəqərə"nin seyyidi "Ayətül-kürsü"dür"".

Abdullah ibni Ufə nəql edir: "Gecə yuxuda gördüm ki, Qiyamət olmuşdur və məni gətirdilər, hesabımı asan aldılar. Məni behiştə apardılar və mənə çoxlu saraylar göstərdilər.

Mənə dedilər: "Bu sarayların qapılarını say". Mən də saydım və 50 qapısı var idi. Sonra dedilər: "Evlərini say".

Gördüm ki, 175 ev vardır. Mənə dedilər ki, bu evlər sənindir. O qədər sevindim ki, yuxudan ayıldım və Allaha şükür etdim. Səhər olan kimi İbni Sirinin yanına getdim və yuxumu ona danışdım.

O, dedi: "Məlumdur ki, sən Ayətül-kürsünü çox oxuyursan".

Dedim: "Bəli". "Bəs sən haradan başa düşdün? Çünki bu ayənin 50 sözü və 175 hərfi vardır".