"Mənim Riçard Girə yazığım gəlir..."
Şou-biznes 16 May 2022 16:24:00 82 0
Rus şansonunun kraliçası Hollivud ulduzuna təəssüf edib...çünki o, "bədheybət nasizm" yuvası olan Ukrayna ilə bağlı "yanlışlıq zülməti" içindədir...
Bu xəbəri də oxu: Sərdarın keçmiş xanımı yeni sevgilisi ilə dodaqdodağa FOTO
Məşhur rus şanson ifaçısı Vika Tsıqankova amerikalı aktyor Riçard Girə Donbası şəxsən ziyarət etməyi təklif edib.
Onun sözlərinə görə, bu, "Qızıl qlobus" mükafatı laureatına "bədheybət nasizm yuvası" olan "Ukrayna barəsində yanlışlıqlarının" alt- üst olunmasına kömək edəcək.
Son.az moderator.az-a istinadən xəbər verir ki, bu barədə o, "Daily storm" nəşrinə verdiyi müsahibəsində bəyan edib.
Xəbər verdiyimiz kimi, Riçard Gir özünün "Yaquar XK8 1999" kabrioletini Rusiya ilə müharibədə zərər çəkən ukraynalılara yardım etmək üçün hərraca çıxarıb.
"Mənim Riçard Girə yazığım gəlir, o, Ukrayma ilə bağıı elə bir zülmətin içindədir ki...", - Vika Tsıqankova deyib. - Nə etmək olar, aydın məsələdir, dünyanın bütün KİV- ləri hazırda Rusiyanın əleyhinə işləyir, Ukraynanı bədbəxt qələmə verir, hərçənd, bu ölkə bədheybət nasizmin, faşizmin yuvasına çevrilib. Ümumiyyətlə isə, Ukrayna həqiqətən bədbəxtdir, sanki cadu edilib. Ona görə də mən Riçard Girə təklif etmişəm ki, bizə- Donbasa, Luqanska gəlsin".
Hollivud aktyorunu "Donbasa, Luqanska" dəvət etməklə, Vika Tsıqankova, görünür, artıq Rusiya Federasiyasını nəzərdə tutub, çünki özü əslən Xabarovskdan olsa da, təxminən 30 ildir Moskva ətrafında üçmərtəbəli malikanədə yaşayır.
Müğənni aktyoru həmçinin Odessaya dəvət edib, orada 2014- cü ildə yerli Həmkatlar İttifaqları Evində yanğın zamanı 42 nəfər həlak olub.
"Kabrioleti satmaq...amma insan gəlib öz gözləri ilə görsə, hər şeyin şahidi olacaq".
Rus şansonunun kraliçası əmindir ki, Gir və başqa xarici artistlər Donbası ziyarət etsələr, onların Ukrayna barəsində fikri dəyişəcək.
"Əminəm ki, onlar nəinki öz kabrioletlərini qurban verəcək, həyata baxışları belə dəyişəcək. Mən buna inanıram, çünki mən xristianam", - müğənni belə deyib.
Nümunə kimi o, özünü misal çəkib və deyib ki, əri ilə birgə Moskva ətrafında Vasilkovo Pole qəsəbəsindəki evini satıb, orada bir neçə il Odessadan olanlar yaşayıb. Əldə edilən gəlirlə, onun deməsinə görə, "Donbasa yardım edir".
Yeni yaşayış yeri axtarmağa məcbur olan Odessa kirayinişinlərinin sonrakı taleyindən isə Tsıqankova, nədənsə, susmağa üstünlük verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ö

Tokatda bir kişi birlikdə qaçdıqlarını iddia etdiyi həyat yoldaşını v

Hindistanda 57 yaşlı ana qızını təhlükəsiz şəraitdə böyütmək üç

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 d

"Azovstal" müdafiəçilərini xilas etmək üçün beynəlxalq təşk

İsveçrə vətəndaşları bazar günü keçirilən referendumda qanunvericiliy

Dünən axşam saatlarında Polşanın Poznan şəhərindən havaya qalxdığı

Əməkdar artist Dilarə Əliyeva ötən gün baş tutan türkiyəli müğənni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Özbəkista

Vətəndaş İnkişaf Partiyasının sədri, hazırda həbsdə olan Əli Əliyev

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşr

Bəlli olduğu kimi, martın ortalarında Beynəlxalq Cinayət Məhkəməsinin (

Türkiyənin Şanlıurfa şəhərində "Ebi Enes El Kahtani" kod adlı

2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat vasitələrinin sə
