Bu il Bakıdakı kənd təsərrüfatı sərgilərində 450yə yaxın şirkət iştirak edəcək FOTO


Digərləri 16 May 2022 14:06:00 125 0

Bu il Bakıdakı kənd təsərrüfatı sərgilərində 450yə yaxın şirkət iştirak edəcək  FOTO

2022-ci ildə Bakıda keçiriləcək kənd təsərrüfatı sərgilərində 24 ölkədən 449 şirkət iştirak edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Toğrul Qafarbəyli "Caspian Agro" 15-ci beynəlxalq kənd təsərrüfatı sərgisinin və "IntelFood Azerbaijan" 27-ci beynəlxalq sərgisinin açılışına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki sərginin keçirilməsi üçün ümumilikdə 15 min hektardan çox sahə ayrılıb.

"2022-ci ildə Bakıda keçiriləcək kənd təsərrüfatı sərgilərində 24 ölkədən 449 şirkət iştirak edəcək ki, bu da pandemiyaya qədərki göstəricini əhəmiyyətli şəkildə üstələyir", - deyə o bildirib.