Paytaxtda yollarındakı son vəziyyət açıqlanıb


Digərləri 16 May 2022 13:52:00 154 0

Paytaxtda yollarındakı son vəziyyət açıqlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə Son.az-a Mərkəzdən bildirilib.

1. Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - Əsas yolda, 20 Yanvar dairəsi istiqamətində nisbətən sıxlıq müşahidə olunur.

2. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Səməd Vurğun küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

3. 28 May küçəsinin, Azadlıq prospekti ilə kəsişməsindən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Bülbül prospekti istiqamətində sıxlıq müşahidə olunur.