Qarabağ atları britaniyalıların qəlbini fəth edir


Digərləri 16 May 2022 13:25:00 135 0

Qarabağ atları britaniyalıların qəlbini fəth edir

Böyük Britaniya və Şimali İrlan­diya Birləşmiş Krallığının kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən "Vindzor Kral At­çılıq Şousu" 2022-ci ilin 12 may tarixində start götürüb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Son.az-a verilən məlumata görə, 2012-ci ildən etibarən ölkəmizin dəvət aldığı bu beynəl­xalq at­çılıq şousu qədim və unikal mədəniyyətimizin tanıdılması üçün son dərəcə əhəmiyyətli platformaya çevrilmiş, nümayəndə heyəti­mizin hər il nümayiş etdirdiyi bən­­zərsiz şou-proqramlar və performanslar bu möhtəşəm tədbirin ayrıl­maz hissəsi kimi qəbul edilmişdir.

Milli sərvətimiz olan Qarabağ atlarının qorunub saxlanılmasına və məşhurlaşdırılmasına Azərbaycan Res­­publikasının Prezidenti cənab İlham Əliyevin ali dəstəyi sa­yə­­sində son illər ərzində mili at cinslərimizin Azərbaycan brendi kimi dünyada tanıdılması istiqamə­tində əhəmiyyətli işlər görülür. Bu tədbirlər sırasında "Vindzor Kral Atçılıq Şousu"nda Qarabağ atlarının füsünkar gözəlliyinin nümayiş etdiril­mə­si xüsusi yer tutur.

Cari ildəki "Vindzor Kral Atçılıq Şousu"nda ölkəmizi növbəti dəfə Döv­lət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı təmsil et­miş­, artıq ənənəvi olaraq öz çıxışları ilə hər kəsi valeh etməyi, hər bir tamaşaçını heyrətləndirməyi bacarmışlar. Təm­silçi­lərimizin milli geyimlərimizdə çıxışları xüsusilə fərqlən­miş, çoxsaylı tamaşaçı kütləsinin xüsusi rəğbətini qazan­mışdır.

Cari ildə Kraliça II Yelizavetanın taxta çıxmasının 70-ci ildönümünə həsr olunmuş bu tədbir üçün nümayəndə heyətimiz tərəfin­dən xüsusi olaraq "Odlar Yurdu" adlı şou-kompozisiya hazırlanmışdır. Azərbaycan xalqının çoxsaylı maddi və mənəvi sərvətlərini ifadə edən bu kompozisiyanın əsasını artıq Vin­dzor tamaşaçılarına çox yaxşı tanış olan, burada özünə heyranlar ordusu qazanmış, çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, eləcə də zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqimiz təşkil etmişdir.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış şou-kompozisiyanın quruluşçu rejissoru - Azər­baycan Respublikasının əmək­dar artisti Nicat Kazımov, xoreoqrafı - Azərbaycan Respubli­kasının əməkdar artisti Fərid İbrahimovdur.