Donbasda ağır döyüşlər:


Dünya 15 May 2022 14:07:00 137 0

Donbasda ağır döyüşlər:

Donbasda ukraynalı hərbçilər düşmənin 12 hücumunun qarşısını alıb. Hazırda 6 məntəqədə isə döyüşlər gedir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələr Qruplaşması məlumat yayıb.

Hazırda vəziyyətin çətin olduğu qeyd edilib:

"Düşmən aviasiyadan, reaktiv yaylım atəş sistemindən, böyük ölçülü aviasiya raketlərindən, minaatanlardan istifadə edir, mülki struktura raket zərbələri endirir.