Zülfiyyə Xanbabayevanı geridə qoydu, ermənilər mahnısını oğurladı, heç vaxt fəxri ad almadı FOTO


Şou-biznes 15 May 2022 00:44:00 80 0

Zülfiyyə Xanbabayevanı geridə qoydu, ermənilər mahnısını oğurladı, heç vaxt fəxri ad almadı  FOTO

Məşhur müğənni Abbas Əhməd 90-cı illərin sevilən ifaçılarından olub. Bir vaxtlar onun milyonlarla gəncin qəlbini titrədən "Ürəyim yanar" mahnısı dillər əzbəri idi. Uzun illərdir vətəndə yaşamayan sənətçi arabir Bakıya gəlsə də bunu heç kim bilmir. 

Son.az baku.ws-ə istinadən xəbər verir ki, məşhur müğənni Abbas Əhməd haqqında maraqlı faktları təqdim edir:

Əhmədov Abbas Allahverdi oğlu 1960-cı il dekabrın 25-də Rusiyada dünyaya gəlib. İbtidai məktəbi orada oxuyan ifaçı dördüncü sinifdə olarkən ailəsi ilə Bakıya köçür. Orta məktəbi başa vurduqdan sonra müğənniliklə məşğul olan Abbas 1990-2000-ci illərdə Azərbaycan estradasının parlayan ulduzu olur.

Onu məşhurluğun zirvəsinə isə həyat yoldaşına həsr etdiyi "Ürəyim yanar" adlı kompozisiyası çatdırır. Bu ifa hələ də sevilərək dinlənilən klassik hitlər sırasındadır. Müğənni mahnını 1992-ci ildə şair Elçin Mirzəbəylinin sözlərinə bəstələyib. "Ürəyim yanar" ifasını 1997-ci ildə Sunay adlı türk müğənnisi də səsləndirib. Abbasın bu ifasını bir müddət əvvəl mənfur düşmənlərimiz olan ermənilər oğurlayıblar. 

Onlar sənətçinin "Ürəyim yanar" ifasının musiqisinə söz yazaraq Şuşaya həsr ediblər.

Abbas 1988-ci ildən 2001-ci ilə qədər "Qaya" ansamblının solisti olub. 2001-ci ildə qrup dağıldıqdan sonra o, Rusiyaya üz tutur. Azərbaycan sərhədlərindən kənarda başqa bir yerdə öz ifaları ilə ad-san qazanmağa başlayır. 2003-cü ildə Abbasın Rusiya şou-biznesinə qatılma şansı yaransa da, o bundan imtina edir. Səbəb isə sənətçinin bir zamanlar üzvü olduğu "Qaya" ansamblını xarici ölkənin şou-bizesindən üstün tutması olur.

Abbas Əhməd müsahibələrindən birində özü ilə bağlı maraqlı faktı açıqlayır. Belə ki, ifaçı 1989-cu ildə "Qızıl payız" müsabiqəsində iştirak edir və qalibiyyət qazanır. Onun bu birinciliyini heç kim heç yerdə açıqlamır. Həmin vaxt müsabiqədə iştirak edən Xalq artisti Zülfiyyə Xanbabayeva isə ikinci olur. Abbas Əhməd 14 il "Qaya" qrupunda çalışsa da bu günə qədər heç bir fəxri ada layiq görülməyib. Hazırda Rusiyada yaşayan sənətçi vətənə nadir hallarda gəlir. Abbas orada keçirilən toylarda iştirak edir. Bəzən məclislərdə aparıcılıq da edir.

İfaçı dəfələrlə mətbuata verdiyi açıqlamaları ilə gündəm olub. Müsahibələrindən birində gənc vaxtlarında cavan qızların arxasınca düşməyi, cins geyinməyi, gözəl qızlarla tanış olmağı, "Bitlz" qrupunu dinləməyi çox sevdiyini dilə gətirib. İfaçı cins şalvarda özünü şahzadə, hətta Maykl Cekson kimi hiss etdiyini deyib. Abbas cins geyimlərindən bəzilərini hələ də saxladığını bildirib.

Abbas Əhməd iki dəfə ailəli olub. Onun ilk evlilliyindən bir oğlu dünyaya gəlib. Sənətçi ilk həyat yoldaşı ilə cəmi bir il evli qalıb. Daha sonra onunla həyat yollarını ayıran Abbas ikinci dəfə evlənib. Artıq 31 ildir ailəli olan ifaçının bu evlilikdən övladı yoxdur. Abbasın birinci evliliyindən olan oğlu dünyaca məşhur müğənnilərin konsertlərini təşkil edir. Demis Russos, Stinq kimi müğənniləri Rusiyaya gətirir.

Günün qoroskopu: nəzərdə tutulmamış, qəfil çətinliklərlə qarşılaşa bilərsiniz like
  • 15 May 00:01  
Digərləri Günün qoroskopu: nəzərdə tutulmamış, qəfil çətinliklərlə qarşılaşa bilərsiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
ABŞda supermarketdə atışma olub, like
  • 14 May 23:50  
Dünya ABŞda supermarketdə atışma olub,

ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində supermarketdə atışma olub

arrow Ətraflı
Vilayət Eyvazovdan like
  • 14 May 23:41  
Digərləri Vilayət Eyvazovdan

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində yeni t

arrow Ətraflı
Avtobus yeniyetməni vurub like
  • 14 May 23:32  
Digərləri Avtobus yeniyetməni vurub

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş ve

arrow Ətraflı
Azərbaycan səhnəyə belə çıxdı  VİDEO like
  • 14 May 23:23  
Digərləri Azərbaycan səhnəyə belə çıxdı VİDEO

İtaliyanın Turin şəhərində "Avroviziya-2022" mahnı müsabiqəsi

arrow Ətraflı
Maşın ağaca çırpıldı like
  • 14 May 23:14  
Digərləri Maşın ağaca çırpıldı

Qazax rayonunun Çaylı kəndində "Mercedes" markalı minik avtomobil

arrow Ətraflı
"Avroviziya 2022" beynəlxalq mahnı müsabiqəsinin finalı başlayıb  CANLI like
  • 14 May 23:05  
Digərləri "Avroviziya 2022" beynəlxalq mahnı müsabiqəsinin finalı başlayıb CANLI

İtaliyanın Turin şəhərində 66-cı "Avroviziya 2022" beynəlxalq

arrow Ətraflı
Bakıda şadlıq sarayında yanğın olub like
  • 14 May 22:56  
Digərləri Bakıda şadlıq sarayında yanğın olub

Bakıda şadlıq sarayında yanğın olub.

arrow Ətraflı
Finlandiyanın hakim partiyası ölkənin NATOya üzvlüyünə razılıq verib like
  • 14 May 22:47  
Dünya Finlandiyanın hakim partiyası ölkənin NATOya üzvlüyünə razılıq verib

Finlandiyanın hakim Sosial Demokratlar Partiyası ölkənin NATO-ya üzvlüyün

arrow Ətraflı
“SpaceX” kosmosa 53 “Starlink” peyki göndərdi like
  • 14 May 22:38  
Dünya “SpaceX” kosmosa 53 “Starlink” peyki göndərdi

"Starlink" internet peyk şəbəkəsinin bir hissəsi olacaq 53 peyk A

arrow Ətraflı
3 nəfər giləmeyvədən zəhərlənib like
  • 14 May 22:29  
Digərləri 3 nəfər giləmeyvədən zəhərlənib

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

arrow Ətraflı
Gürcüstanda zəlzələ olub like
  • 14 May 22:20  
Dünya Gürcüstanda zəlzələ olub

Gürcüstanda 4,5 maqnitudalı zəlzələ baş verib.

arrow Ətraflı
Rusiya qurğuşun ixracına lisenziya tətbiq edib like
  • 14 May 22:11  
Dünya Rusiya qurğuşun ixracına lisenziya tətbiq edib

Rusiya hökuməti qurğuşun ixracına lisenziya tətbiq edib.

arrow Ətraflı
Ukraynada rusiyayönlü partiyaların fəaliyyəti qadağan edilib like
  • 14 May 22:02  
Dünya Ukraynada rusiyayönlü partiyaların fəaliyyəti qadağan edilib

Ukraynada rusiyayönlü partiyaların fəaliyyəti qadağan olunub.

arrow Ətraflı
Trend BİA oxucularını agentliyin adından istifadə edən fırıldaqçılara inanmamağa çağırır like
  • 14 May 21:53  
Digərləri Trend BİA oxucularını agentliyin adından istifadə edən fırıldaqçılara inanmamağa çağırır

Son günlər sosial şəbəkələrdə və müxtəlif internet səhifələrində

arrow Ətraflı