Avtobus yeniyetməni vurub


Digərləri 14 May 2022 23:32:00 108 0

Avtobus yeniyetməni vurub

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, hadisə rayonun Müşviqabaq qəsəbəsində qeydə alınıb. Belə ki, 14 saylı sərnişin avtobusu yolu keçən 2008-ci il təvəllüdlü Nəsirova Mələkxanim Bəxtiyar qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.