ABŞda supermarketdə atışma olub,


Dünya 14 May 2022 23:50:00 117 0

ABŞda supermarketdə atışma olub,

ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində supermarketdə atışma olub.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə "BNO News" telekanalı məlumat yayıb.

İlkin məlumata görə, azı 9 nəfər başından güllə yarası alıb. İki yaralının mağazanın qarşısında öldüyü, digərlərinin bölgə xəstəxanasına aparıldığı bildirilir.

Atəş açan şəxsin yaralandığı güman edilir. Onun saxlanılıb-saxlanılmaması ilə bağlı hələlik heç bir məlumat yoxdur.