Səhiyyə sahəsində hüquqi baza və idarəetmə təkmilləşdiriləcək Birgə məlumat


Digərləri 14 May 2022 15:28:00 81 0

Səhiyyə sahəsində hüquqi baza və idarəetmə təkmilləşdiriləcək  Birgə məlumat

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə məlumat yayıb.

Məlumatda deyilir:

"Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən fəaliyyətlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 13 may 2022-ci il tarixində Fərman imzalanmışdır.

Fərmana əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə səhiyyə sisteminin iştirakçılarını və aidiyyəti dövlət qurumlarını cəlb etməklə Səhiyyənin Transformasiyası Mərkəzi İşçi qrupunu yaratmaq tapşırılmışdır. Səhiyyənin Transformasiyası Mərkəzinin yekun hədəfi Azərbaycan vətəndaşının səhiyyə sistemindən məmnunluğunun artırılmasına yönəlib. Bu baxımdan, səhiyyə sisteminin əsas iştirakçılarının əlaqəli fəaliyyətini təmin etmək məqsədilə normativ hüquqi bazanın və idarəetmə modellərinin təkmilləşdirilərək tətbiqinə ehtiyac vardır. Mərkəz tərəfindən qarşısına qoyulan tapşırıqların icrası ilə bağlı mövcud vəziyyət, eləcə də beynəlxalq təcrübə təhlil olunaraq İşçi qrupun üzvləri ilə razılaşdırılmış təkliflər təqdim olunacaqdır.

Fərmanla elmi-tədqiqat müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə verilmişdir. Elmi-tədqiqat institutları, elmi mərkəzlər təhsil prosesində klinik baza rolunu oynayır, rezidentlərin hazırlanmasında və həkimlərin təkmilləşdirilməsində bu müəssisələrin rolu əvəzsizdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin fəaliyyətinin müasir dövrün çağırışlarına uyğunlaşdırılması və səhiyyə sisteminin davamlı inkişafı əlavə insan resurslarına ehtiyac yaratmışdır. Səhiyyə sistemində fəaliyyət göstərən tibb işçiləri ilə ardıcıl işin aparılması, sistemin davamlı təkmilləşdirilməsi, fəaliyyətin günün tələblərinə uyğun qurulması üçün nazirliyin aparatının ştat vahidlərinin sayı 130-a çatdırılmışdır.

Fərmana əsasən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (bundan sonra - TƏBİB) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirəcək. TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən, Azərbaycan Respublikası səhiyyə nazirinin müavinindən, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə fəaliyyət göstərir. TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi isə TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor və onun 3 müavini həyata keçirir.

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini TƏBİB müəyyən edir", - açıqlamada qeyd olunur.

Avtoqəza zamanı xəsarət və ölüm hallarına görə də sığorta ödənişi var  VİDEO like
  • 14 May 15:22  
Digərləri Avtoqəza zamanı xəsarət və ölüm hallarına görə də sığorta ödənişi var VİDEO

Avtomobil qəzaları zamanı sürücülərin əsas ümid yeri icbari sığorta o

arrow Ətraflı
Viktoriya Bekhem izləyicilərini təəccübləndirdi  FOTO like
  • 14 May 15:15  
Şou-biznes Viktoriya Bekhem izləyicilərini təəccübləndirdi FOTO

"Spice Girls" qrupunun 48 yaşlı keçmiş solisti və Devid Bekhemin

arrow Ətraflı
İrigövdəli ağac sakinlərin üzərinə aşdı  xəsarət alanlar var VİDEO like
  • 14 May 15:00  
Digərləri İrigövdəli ağac sakinlərin üzərinə aşdı xəsarət alanlar var VİDEO

Təxminən 100 illik ömrü olan irigövdəli  tut ağacı sakinlərin üzərin

arrow Ətraflı
Məşhur aktyorların serialı bu tarixdə yayımlanacaq like
  • 14 May 14:52  
Şou-biznes Məşhur aktyorların serialı bu tarixdə yayımlanacaq

Türkiyəli aktyorlar Birce Akalay ilə İbrahim Çelikkolun baş rollarını c

arrow Ətraflı
Saatda 100 km sürətlə hərəkət edən “Tesla”nın qəzaya düşmə anı  VİDEO like
  • 14 May 14:45  
Digərləri Saatda 100 km sürətlə hərəkət edən “Tesla”nın qəzaya düşmə anı VİDEO

ABŞ-ın Ohayo ştatında işıqforun qırmızı işığında keçən "Tesl

arrow Ətraflı
Baş nazirdən mühüm qərar: çörəyin qiymətinə necə təsir edəcək?  VİDEO like
  • 14 May 14:37  
Digərləri Baş nazirdən mühüm qərar: çörəyin qiymətinə necə təsir edəcək? VİDEO

Ölkəmizə idxal olunan çörək mayaları, hazır çörəkçilik tozları göm

arrow Ətraflı
“Marvel” komikslərində Co Bayden adlı antiqəhrəman tapıldı like
  • 14 May 14:30  
Şou-biznes “Marvel” komikslərində Co Bayden adlı antiqəhrəman tapıldı

"Marvel"in fanatları "Hörümçək-adam" barədə komikslə

arrow Ətraflı
Əfv Məsələləri Komissiyası 400dən çox müraciətə baxıb like
  • 14 May 14:24  
Digərləri Əfv Məsələləri Komissiyası 400dən çox müraciətə baxıb

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının nö

arrow Ətraflı
Bu tarixdə hava dəyişəcək: Yağış yağacaq, külək əsəcək like
  • 14 May 14:23  
Digərləri Bu tarixdə hava dəyişəcək: Yağış yağacaq, külək əsəcək

Mayın 14-ü saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində hava şər

arrow Ətraflı
Ukrayna "Azovstal"dan 60 nəfəri təxliyə etmək üçün danışıqlar aparır like
  • 14 May 14:15  
Dünya Ukrayna "Azovstal"dan 60 nəfəri təxliyə etmək üçün danışıqlar aparır

Ukrayna Mariupoldakı "Azovstal"dan 60 nəfərin təxliyəsi ilə bağ

arrow Ətraflı
İlham Əliyev Türkiyədə hava limanının açılışında iştirak edəcək like
  • 14 May 14:14  
Siyasət İlham Əliyev Türkiyədə hava limanının açılışında iştirak edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Türkiyəy

arrow Ətraflı
"Müharibə təkcə meydanda aparılmayıb..." like
  • 14 May 14:10  
Digərləri "Müharibə təkcə meydanda aparılmayıb..."

Media və kommunikasiya məsələləri, sosial media və dezinformasiya ilə mü

arrow Ətraflı
Azərbaycan və Türkiyəyə qarşı dezinformasiya bu gün də davam edir  Hikmət Hacıyev like
  • 14 May 14:08  
Siyasət Azərbaycan və Türkiyəyə qarşı dezinformasiya bu gün də davam edir Hikmət Hacıyev

2021-ci il Türk Dövlətləri Təşkilatının tarixində çox mühüm və əh

arrow Ətraflı
Sibel Can Bakıya gəldi like
  • 14 May 14:07  
Şou-biznes Sibel Can Bakıya gəldi

Türkiyəli məşhur müğənni Sibel Can sabah baş tutacaq olan konserti üç

arrow Ətraflı
Dünyanın heyrətlə izlədiyi QARDAŞLIQ like
  • 14 May 14:04  
Siyasət Dünyanın heyrətlə izlədiyi QARDAŞLIQ

Bu il Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin yaranması

arrow Ətraflı