Hindistanda sabah


Dünya 13 May 2022 23:12:00 148 0

Hindistanda sabah

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidenti Xəlifə bin Zayed Əl Nəhyanın vəfatı ilə əlaqədar Hindistanda sabah milli matəm elan edilib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Matəm günü Hindistandakı binalarda bütün dövlət bayraqları yarıya endiriləcək. Həmçinin bütün rəsmi və əyləncli tədbirlər ləğv ediləcək.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyan bu gün 74 yaşında vəfat edib.