Saakaşvilinin anası: Oğluma 9 fərqli diaqnoz qoyulub


Digərləri 13 May 2022 16:06:00 172 0

Saakaşvilinin anası: Oğluma 9 fərqli diaqnoz qoyulub

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasania oğlunun səhhəti barəsində ictimaiyyətə məlumat verib.

Son.az axar.az-a istinadən xəbər verir ki, Alasania Saakaşvilinin səhhətində problemlər olduğunu və oğlunun halsızlaşdığını bildirib.

Onun sözlərinə görə, Saakaşvili indi daha da zəifləyib:

"Sonuncu dəfə onu iki gün əvvəl həbsxanada görmüşdüm. İndi daha da zəifləyib. Rəngi ümumiyətlə yox idi, üzü ağ rəngdədir. Ona baxanda gözlərim ağrıdı. Hərəkət edəndə çox çətinlik çəkir. Mənə dedi ki, dünən üç dəfə yıxılıb. Qısaca, vəziyyəti qənaətbəxş deyil. Həkimləri gördüm və onlarla tanış oldum. Onlar çox diqqətlidirlər və bu sahədə hər şey yaxşıdır. Ancaq Sakaşavilinin özü yaxşı vəziyyətdə deyil. Ondan analizlər götürülüb, hələlik cavablarını bilmirəm. Onun intensiv olaraq müalicəyə ehtiyacı var".

G.Alasanianın sözlərinə görə, Saakaşvilinin yerləşdirildiyi klinikada daha əvvəl belə bir vəziyyətdə olan xəstə müalicə edilməyib.

O əlavə edib ki, sabiq prezidentə 9 fərqli xəstəlik diaqnozu qoyulub və hər an səhhəti daha da pisləşə bilər.