Britaniya Putinin qohumlarına sanksiya tətbiq edib


Dünya 13 May 2022 16:12:00 166 0

Britaniya Putinin qohumlarına sanksiya tətbiq edib

Böyük Britaniya Rusiya Prezidenti Vladimir Putinin ailə üzvlərinə və dostlarına yeni sanksiyalar tətbiq edib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

"Rəsmi sənədlərdə prezident Putinin cüzi sərvəti var: Sankt-Peterburqda kiçik mənzil, 1950-ci illərdən qalma iki Sovet dövründən qalmış avtomobil və kiçik qaraj.

Reallıqda Putin ailəsi, uşaqlıq dostları və onun hakimiyyətindən bəhrələnən və öz növbəsində onun həyat tərzini dəstəkləyən seçilmiş elita şəbəkəsinə arxalanır. Onların mükafatı isə rəsmi mövqelərindən xeyli kənara çıxan Rusiya dövlətinin işlərinə təsir etməkdir", - Britaniya XİN-in bəyanatında deyilir.

Britaniyanın xarici işlər naziri Liz Trass isə deyib ki, onlar Putinin dəbdəbəli həyat tərzini dəstəkləyən şəbəkəni ifşa edir və hədəfləyir: "Biz Ukrayna qalib gələnə qədər Putinin təcavüzünə kömək edən və dəstəkləyənlərin hər kəsə qarşı sanksiyaları davam etdirəcəyik.

Bu gün sanksiya tətbiq edilən aşağıdakılardır:

- gimanst Alina Kabayeva;

- Anna Zatseplina. Alina Kabayevanın nənəsi və Gennadi Timçenkonun şəriki;

- Lyudmila Oçeretnaya. Putinin keçmiş həyat yoldaşı;

- İqor Putin. Prezident Vladimir Putinin əmisi oğlu və rusiyalı iş adamı. İqor Putin Peçenqa Beynəlxalq Dəniz Limanının direktorudur.

- Mixail Putin. Rusiyalı iş adamı və prezident Vladimir Putinin qohumu. Mixail Putin SOGAZ Sığorta İdarə Heyəti sədrinin müavini və "Qazprom" İdarə Heyəti sədrinin müavinidir.