Qalmaqaldan sonra yerinə məşhur aşpazı gətirdilər


Şou-biznes 13 May 2022 11:49:00 165 0

Qalmaqaldan sonra yerinə məşhur aşpazı gətirdilər

"TV8" telekanalında yayımlanan "Masterchef" proqramının münsif heyətində dəyişiklik edilib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, proqramda maaşla bağlı yaranan qalmaqalın ardından Mehmet Yalçınkayanın layihədən ayrıldığı təsdiqlənib. Bundan başqa, kanalın rəhbəri Acun Ilıcalı onun yerinə məşhur aşpaz Arda Türkmenlə müqavilə bağlayıb.

Qeyd edək ki, daha əvvəl Mehmet Yalçınkayanın Somer Sivrioğlu ilə maaşa görə problem yaşandığı və mübahisə etdiyi bildirlmişdi. Bundan sonra Mehmet iddiaları yalanlasa da artıq layihədən ayrılıb.