Yaponiya bunların Rusiyaya satışını qadağan etdi


Dünya 13 May 2022 08:42:00 116 0

Yaponiya bunların Rusiyaya satışını qadağan etdi

Yaponiya Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya ixracı qadağan edilən mal və texnologiyaların siyahısını genişləndirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi bildirib.

Bildirilib ki, bu siyahıya 3D printerlər və kvant hesablamaları üçün avadanlıqlar daxil olacaq.

Ümumilikdə, yenilənmiş sənəddə 14 yeni adlar daxil olunub. Onların arasında neft emalı üçün katalizatorlar, elektron və atom qüvvəsi mikroskopları, 3D printerlərdə istifadə olunan toz halına salınmış metallar və metal ərintiləri, günəş, külək və digər bərpa olunan enerji mənbələrindən istifadə etməklə əldə edilən hidrogen var.