Kanalda batan oğlanın meyiti
Digərləri 12 May 2022 22:48:00 318 0
Aprelin 27-də Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Orucov Elməddin Yusir oğlunun axtarışları başa çatıb.
Son.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
E.Orucovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 10 km aralıda aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Mənbə: milli.az