Hansını daha çox yemək olar?Gilas ya albalı...


Digərləri 12 May 2022 22:15:00 200 0

Hansını daha çox yemək olar?Gilas ya albalı...

Gilas və albalı yazın ən ləzzətlə yeyilən meyvələrindəndir. Hər ikisinin sağlamlıq üçün bir çox faydaları mövcuddur.

Bəs hansı növdən daha çox yemək olar?

Hansı daha çox faydalıdır?

Son.az medicina.az-a istinadən oxşar və fərqli yararlarını təqdim edir:

Albalının kimyəvi tərkibi gilasın tərkibi ilə müqayisədə bir qədər zəngindir.

Həm gilas, həm də albalı C vitamini ilə zəngindir ki, bu onları damarların sağlamlığı üçün çox faydalı edir.

Hər ikisi sinir sistemi üçün də çox faydalıdır - stresi azaldır, əhvalı yaxşılaşdırır.

Albalı və gilasın qırmızı növləri antioksidan maddələri ilə zəngindir. Bu maddələr güclü antioksidantlardır, orqanizmdə iltihabları azaldır, damarları möhkəmləndirir, görməni qoruyur, xroniki xəstəliklərin inkişafının qarşısını alır. Albalının tərkibində antioksidanlar daha çoxdur.

Həmçinin karotinlərlə zəngindirlər. Bu maddələr orqanizmdə ən vacib olan vitaminlədən birinə A vitamininə çevrilir.