Sumqayıtdakı dəhşətli avtobus qəzası:


Digərləri 12 May 2022 10:39:00 132 0

Sumqayıtdakı dəhşətli avtobus qəzası:

Mayın 11-i saat 9 radələrində Bakı - Sumqayıt yolunda, Sumqayıt Texnologiyalar Parkının qarşısında sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə zamanı zərərçəkənlərə təxirəsalınmaz tibbi yardım göstərmək məqsədilə STP-nin SƏTƏM bölməsinin Tibb məntəqəsinin əməkdaşları dərhal hadisə yerinə yaxınlaşıblar.

Qəzada 9 nəfərin yüngül xəsarət aldığı müəyyənləşdirilərək onlara ilkin tibbi yardım göstərilib. 103 xidməti gəldikdən sonra xəsarət alanlar təkrar yoxlama üçün  xəstəxanaya aparılıblar. 

STP-dən verilən məlumata görə, qəza edən avtobusun STP Şirkətlər Qrupuna aidiyyəti yoxdur və xəsarət alanlar içərisində STP əməkdaşı olmayıb.