Bakıda kişini avtomobil vuraraq


Digərləri 12 May 2022 08:48:00 146 0

Bakıda kişini avtomobil vuraraq

Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığında baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Xankişiyev İntiqam Vaqif oğlu yolu keçərkən onu "Mercedes" markalı minik maşını vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlər piyadanın xəstəxanaya daxil olarkən vəziyyətinin ağır olduğunu bildirib.

Hazırda yaralı komatoz vəziyyətindədir.