Çində sərnişin təyyarəsi yanıb:
Dünya 12 May 2022 08:14:00 119 0
"Tibet Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Çinin cənub-qərbindəki Çunçin şəhərindəki "Çzyanbey" beynəlxalq hava limanında havaya qalxarkən uçuş-enmə zolağından çıxaraq alovlanıb.
Son.az APA-ya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat təxminən 8:00-da (Bakı vaxtı ilə ilə saat 3:00) baş verib, bütün sərnişinlər dərhal təxliyə edilib.
Təyyarədə 113 sərnişin və 9 ekipaj üzvünün olduğu bildirilir.
Hadisə zamanı 40 nəfər yaralanıb.
Ölənlər barədə məlumat verilmir.
Qəzanın səbəbləri müəyyən edilməyib.
Mənbə: milli.az