ABŞ Əfqanıstana zərbə endirməyə


Dünya 12 May 2022 07:55:00 132 0

ABŞ Əfqanıstana zərbə endirməyə

ABŞ Əfqanıstanda milli təhlükəsizliyinə təhlükə aşkar edərsə, bu ölkəyə zərbə endirməyə hazır olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Millli bildirib.

"Biz müşahidə aparırıq. Bunun necə, hansı formada, hansı mexanizmlərin köməyi ilə aparıldığının təfərrüatlarına varmayacağam. Əfqanıstan torpağından təhlükənin gəldiyini görsək, müvafiq əməliyyatları keçirmək üçün imkanlarımız var", - amerikalı general bildirib.

Onun sözlərinə görə, Vaşinqton Əfqanıstanın terrorçular tərəfindən ABŞ-ın kontinental hissəsinə zərbə endirəcəyi platformaya çevrilməyəcəyini təmin etmək məqsədinə sadiq qalır.