Ukrayna daha bir yaşayış məntəqəsini azad etdi


Dünya 11 May 2022 23:10:00 105 0

Ukrayna daha bir yaşayış məntəqəsini azad etdi

Xarkov vilayətində daha bir yaşayış məntəqəsi - Pitomnik azad edilib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsində məlumat verilib.

"Xarkov istiqamətində düşmən hücum əməliyyatı keçirməyib. Ruslar qoşunlarımızın irəliləmə sürətini azaltmaq üçün müdafiəyə keçib. Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin uğurlu əməliyyatları zamanı Xarkov vilayətinin Pitomnik qəsəbəsi azad edilib", - məlumatda deyilir.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnın sözlərinə görə, mayın 5-də Ukrayna Müdafiə Qüvvələri Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb.