İtalyan psixoterapevtdən sevginin 14 formulu


Digərləri 11 May 2022 21:07:00 145 0

İtalyan psixoterapevtdən sevginin 14 formulu

Məşhur italyan psixoterapevt Raffaele Morelli analiz və qiymətləndirmə üzərində daha az baş sındırmağı və daha çox hisslər üzərində köklənməyi təşviq edir.

Son.az oxucuları ekspertin sevgi haqqında 14 müdrik sitatı ilə tanış edir:

1. Xəstəliklərimizin çoxu özümüzə olan münasibətimizdən qaynaqlanır. Bədən həmişə nə etdiyini yaxşı bilir. Hətta özümüzə etiraf etməyə çəkindiyimiz, öz daxilimizdə formalaşdıra bilmədiyimiz və eşitmək istəmədiyimiz məsələləri də bədənimiz bu və ya digər yollarla izah edə bilər.

2. Problemləri daim düşünmək onları xroniki hala gətirir.

3. Heç kimin sevgiyə ehtiyacı yoxdur, öz içimizdədir, sadəcə fərqində olmaq məsələsi var. Qürur və qorxu keçmişin ağrıları ilə vidalaşmağa mane olur, bizimlə pis rəftar edəcək insanlarla görüşmək qorxusu bizi tərk etmir. İstənilən halda belə insanlarla qarşılaşmaq qaçılmazdır. Bu dairə qırılmalıdır.

4. Yaşaya bildiyimiz ən gözəl sevgi insanın özünə olan sevgisi və özgüvənidir: ancaq bu halda azadlığı dada, gizli istedad və məziyyətlərimizi üzə çıxara, həqiqətən hara getmək istədiyimizi müəyyən elə bilərik.

5. İllüziyalar sevgiyə zəhər qatır, bizi incidir, ruhun ən böyük düşmənidir, onlar görünməz cinlərdir. İllüziyalar - içimizdə çökən sağlam sevgini "qanunlar və kodlar"a dəyişən inanclardır.

6. Spontan və təbii olun, həyatınıza ancaq xoşunuza gələn insanları və hadisələri cəlb edin. Ən əsası sizi darıxdırıcı və boz yaşamağa məhkum edən, daxili rahatlıq və azadlığınızı almaq istəyən insanlardan uzaq durun.

7. Uğursuz və ya düzgün yaşanılmayan sevgi mülahizə və stereotiplərlə doludur. Qəti şəkildə qəbul edilməmək bədəni və psixikanı xəstə edir.

8. Əgər sevirsinizsə, başqalarının rəylərini qiymətləndirmədən sadəcə içinizdə baş verən hər şeyi müşahidə etmək üçün özünüzlə baş-başa qalırsınız. Eşq hər birimizin bənzərsizliyini dərk etməyə kömək edir və onun inkişafına təkan verir.