Xersonda küçəyə Jirinovskinin adı verilə bilər


Dünya 11 May 2022 20:54:00 112 0

Xersonda küçəyə Jirinovskinin adı verilə bilər

Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçən Xersonda küçələrdən birinə rusiyalı siyasətçi Vladimir Jirinovskinin adının verilməsi planlaşdırılır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Xerson vilayətinin hərbi-mülki administrasiyasının rəhbərinin müavini Kirill Stremousov açıqlayıb.

Qeyd edək ki, rusiyalı hərbçilər hərbi əməliyyat nəticəsində Ukraynanın cənubunda Xerson vilayətinin bütün ərazisinə nəzarəti ələ keçirib.

Xatırladaq ki, Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski cari ilin aprelin 6-sı 76 yaşında dünyasını dəyişib.