Quş əti istehsalçılarına güzəştli kredit ayrıla bilər


Digərləri 11 May 2022 15:54:00 132 0

Quş əti istehsalçılarına güzəştli kredit ayrıla bilər

Quş əti və yumurta istehsalçıları onlara 40 milyon manata yaxın güzəştli kreditin ayrılmasını istəyirlər.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişaf Fonduna edilən təklif 6 aylıq yem ehtiyatının 2 ayının qarşılanması üçün nəzərdə tutulub. Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli deyir ki, kiçik və orta sahibkarlıq subyeklərinin götürdükləri kreditlərin 10 faizi dövlət tərəfindən qarşılansa da, bu, iri sahibkarlıq subyektlərinə şamil olunmur.

Mürvət Həsənlinin sözlərinə görə, yemin qiymətinin qalxması quş əti və yumurtanın bahalaşması deməkdir. Ancaq sözügedən kreditlərin ayrılması bahalaşmanın qarşısı ala bilər.

Sədr bildirir ki, hazırda böyük fabriklərdə yemə daha çox ehtiyac var.