"Otellərdəki videolarını götürüb, yayaram, biabır olarsan" Tiktokda dava


Digərləri 11 May 2022 14:54:00 212 0

"Otellərdəki videolarını götürüb, yayaram, biabır olarsan"  Tiktokda dava

Tanınmış türkiyəli bloger Kekeç Kənanın azərbaycanlı tiktokçuları təhqir etdiyi iddia edilən video yayılıb. 

Son.az azxəbər-ə istinadla xəbər verir ki, bloger "tiktok"da açdığı canlı yayımda xoşagəlməz fikirlər səsləndirib.

O deyib ki, Azərbaycanın "tiktok" sıralamasına girib, hər kəsi altına ala bilər: "O Azərbaycan sıralamasına girərəm. Hamınızı altıma alıb, altlı, üstlü çalışıram sizə".

Kənanın bu sözləri Azərbaycanlı "tiktok"çuların kəskin etirazına səbəb olub.

Bloger bu sözlərindən sonra Azərbaycan xalqından üzr istəyib və fikirlərini yalnız 1 nəfərə aid etdiyini deyib:

"Mənim adımdan 10 saniyəlik videoları paylaşmayın. Əgər mənim beynim çönərsə, qaldığın otel, qaldığını otelə gətiridiyin qadına kimi hər şeyi açaram, o qaldığın otel mənim dostumundur. O oteldən görüntüləri alıb, sənin məni izlətdiyini kimi, mən də səni burada izlədərəm. Bir daha mənə ilişmə". 

Həmin videonu təqdim edirik: