İnterpolun prezidenti barəsində istintaq başlayıb


Dünya 11 May 2022 13:30:00 125 0

İnterpolun prezidenti barəsində istintaq başlayıb

Fransada İnterpolun prezidenti Əhməd Nəsir ər-Rəisi barəsində istintaq başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Frans-Press agentliyi bildirir.

Qeyd olunur ki, İnterpol rəhbəri işgəncələrdə şübhəli bilinir. Məlumatlara əsasən, ər-Rəisi barədə istintaq martın sonundan etibarən başlayıb. Fransanın Milli Antiterror Prokurorluğu iki britaniyalıdan daxil olan şikayət əsasında Paris ədliyyəsinə istintaqa başlamağı tapşırıb.

Qeyd edək ki, İnterpolun mənzil-qərargahı Fransanın Lion şəhərində yerləşir.