Bakıda yağışlı hava nə qədər davam edəcək?


Digərləri 11 May 2022 11:37:00 204 0

Bakıda yağışlı hava nə qədər davam edəcək?

Bu gün Bakıda günün ikinci yarısı yağıntısız keçəcək.

Bunu Son.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında günün ikinci yarısı hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin yağıntısız keçəcəyi gözlənilir.

"Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq", - deyə G.Məmmədova bildirib.