Zaporojyeyə raket atılıb:


Dünya 11 May 2022 11:38:00 246 0

Zaporojyeyə raket atılıb:

Səhər saatlarında Rusiya Zaporojyeni raketlə vurub.

Son.az bildirir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının Telegram kanalında məlumat verilib.

"Bu gün səhər saatlarında düşmən Zaporojyeni vurub. Zaporojye vilayətinin Müdafiə Qoşunlarının hava hücumundan müdafiə qüvvələrimiz uğurla işləyib. Raket rayon mərkəzinə yaxın yaşayış məntəqəsində infrastruktur obyektinin üzərində partlayıb. Obyektə ciddi ziyan dəyib", - məlumatda deyilir.

İlkin məlumata görə, ölən olmayıb.

Aslan Məmmədov Son.az