Yersiz zarafat, mübahisə, lovğalıq, düşmənçilik


Digərləri 10 May 2022 23:55:00 343 0

Yersiz zarafat, mübahisə, lovğalıq, düşmənçilik

Yersiz zarafat, mübahisə, lovğalıq, düşmənçilik - insanları bir-birindən ayrı salan amillər

Həyatımızda çox sayda insanlar görmüşük ki, əvvəl bir-biri iə səmimi və dost olmuş, lakin sonradan bu rabitələrini kəsmişdilər. Bəs bunun səbəbi nə olmuşdur?

İnsanların bir-biri ilə rabitələrini kəsməyin səbəbləri müxtəlif ola bilər. Hədislərimiz buyurur ki, bunun əsas dörd səbəbi ola bilər.

İmam Sadiq (ə) buyurur: "Əgər istəyirsənsə ki, qardaşının dostluğu saf, zülal olsun, onunla zarafat, mübahisə, lovğalıq, düşmənçilik etmə".

Ona görə də rabitələrin kəsilməsinə səbəb olan amillər:

- Zarafat etmək (yersiz, yaxud ifrat). - Mübahisə etmək. - Lovğalanmaq. - Düşmənçilik etmək. (çəkişmə).

Zarafat etməyin növləri fərqlidir. O zarafatlar həmişə məzəmmət olunur ki, həddini aşar və ifrat dərəcəsinə gəlib çatar. Lakin əgər mötədil olarsa və qarşı tərəf ondan inciməzsə, bu zarafat bəyəniləndir. Çünki zarafat möminin ürəyində olan qəm və qüssəni aradan apara bilir.

Həzrət Peyğəmbər (s) buyurur: "Mən zarafat edirəm, ancaq haqq sözdən başqasını demirəm".

Beləliklə, deyə bilərik ki, zarafat etmək Peyğəmbərin (s) sünnətində vardır, lakin həddində. Əgər insan qarşı tərəfi təhqir etməzsə və ya incitməzsə, zarafat edə bilər. Məqsədi din qardaşını şad etmək və qəmini aradan aparmaq olmalıdır.

İmam Əli (ə) Peğəmbərdən (s) nəql edir: "İslam Peyğəmbəri (s) nə zaman səhabələrindən birini qəmgin görərdi, onu zarafatla sevindirərdi".

Həzrət Peyğəmbər (s) o qədər heybətə və İlahi əzəmətə malik olmağına baxamayaraq, həmişə dodaqlarında təbəssüm olardı.