İtaliyada mafiyaya qarşı əməliyyat keçirilib,


Dünya 10 May 2022 19:42:00 132 0

İtaliyada mafiyaya qarşı əməliyyat keçirilib,

İtaliyada polis mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirib.

Son.az Trend-ə istinadən bildirir ki, əməliyyat nəticəsində "Ndrangeta" təşkilatı ilə əlaqəli olan 77 nəfər saxlanılıb.

Saxlananlar arasında Kalabriya vilayəti Kozoleto qəsəbəsinin meri də olub.

Əməliyyat Kalabriya vilayəti ilə yanaşı, paytaxt Romada da keçirilib. Kalabriyada 34, Romada isə 43 nəfər saxlanılıb.

Romada saxlanan şəxslər paytaxtda bir sıra müəssisələrin mafiyanın nəzarətinə keçməsi üçün fəaliyyət göstərməkdə ittiham olunub.