Məxfi xəritə, “zirehli” notbuk və kələm şorbası:


Dünya 10 May 2022 15:36:00 148 0

Məxfi xəritə, “zirehli” notbuk və kələm şorbası:

Kiyevdə əsasən hərbi qənimətlərdən və müharibənin digər "yadigarlarından" ibarət sərgi açılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, eksponatlarla Ukrayna Milli Tarixi Muzeyində tanış olmaq olar.

Sərgidə Ukrayna Silahlı Qüvvələrinin qənimətlərilə yanaşı, həm də yerli sakinlərin gizləndikləri sığınacaqların rekonstruksiyasını da görmək mümkündür.

Təqdim olunan nümunələr arasında Rusiya hərbçilərinin çəkmələri və geyimləri, onların qidaları - məsələn, şüşə qablarda kələm şorbası da var.

Həmçinin, burada Rusiya hərbçilərinin sənədləri, vərəqələri, üzərində paytaxtın bir hissəsini tutmaq planı olan xəritə, rusiyalı hərbçinin gülləkeçirməz jiletində gizlətdiyi noutbuku və müxtəlif sursatların qalıqları da var.

Ekspozisiyalardan biri də Qostomeldəki mülki şəxslərin sığınacağının reproduksiyasıdır.

Sərgidə həmçinin dağıdılmış kilsənin günbəzi və ikonası da nümayiş olunur.