ÜST Ukraynadakı vəziyyətlə bağlı xüsusi iclas keçirəcək


Dünya 10 May 2022 15:24:00 132 0

ÜST Ukraynadakı vəziyyətlə bağlı xüsusi iclas keçirəcək

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsi Ukraynadakı vəziyyətlə bağlı xüsusi iclas keçirəcək.

Son.az APA-ya istinadən bildirir ki, bu xüsusi sessiya təşkilata üzv 43 ölkənin tələbi ilə çağrılıb.

Mayın 10-11-də keçiriləcək xüsusi sessiyada Ukraynada səhiyyənin vəziyyəti, davam edən müharibənin nəticələrinin regionda və qlobal səviyyədə sağlamlıq və səhiyyə məsələlərinə təsiri müzakirə olunacaq.