Rusiyanın gerbinə çarizm və SSRİ dövrünün rəmzləri əlavə oluna bilər


Digərləri 10 May 2022 11:54:00 116 0

Rusiyanın gerbinə çarizm və SSRİ dövrünün rəmzləri əlavə oluna bilər

Rusiyanın "Gecə canavarları" motoklubunun rəhbəri Aleksandr Zaldostanov ölkə prezidenti Vladimir Putindən dövlət gerbini dəyişdirməyi xahiş edib.

"Cərrah" ləqəbli baykerin fikrincə, yeni gerb Rusiya imperiyasının, Sovet İttifaqının və müasir Rusiyanın simvollarını özündə birləşdirməlidir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Rusiya sosial şəbəkələrində Zaldostanov təklifi əsasında yeni gerbin ilkin layihəsi yayımlanıb.

Baykerin təklifləri nəzərə alınarsa, Rusiyanın yeni dövlət rəmzi təxminən aşağıdakı kimi olacaq: